Paytaxtın Nizami və Xətai rayonlarında yol-nəqliyyatı hadisələri zamanı iki nəfər xəsarət alıb.
 APA xəbər verir ki, Qara Qarayev prospektində yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Belə ki, 1959-cu il təvəllüdlü Zeynallı Kamran İsa oğlu  piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Digər piyada vurulması ilə nəticələnən yol qəzası Ukrayna dairəsinin yaxınlığında qeydə alınıb.
 1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub. Yaralı 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktlarla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

.