Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində iki avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdən birində olan sərnişin, 1967-ci il təvəllüdlü Qarayeva Aidə Mahmud qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
