Bir neçə gün əvvəl başçısı olduğu rayonda ağac əkərkən fotolar çəkdirən başçı nədənsə məhv edilən yaşıllıqlardan xəbərsizdir.
Dəfələrlə Nəsimi rayonu ərazisində yaşıllıqların məhv edilməsi, yerində iaşə obyektləri və hündürmərtəbəli binaların tikilməsi haqda məlumat vermişik.Prezident Administrasiyasına vətəndaşlar tərəfindən yaşıllıqların məhv edilməsi ilə bağlı edilən şikayətlərin sayının çox olmasına görə də ilk sıralarda Nəsimi rayonunun adı keçir.
Rayonun mərkəzi hissəsində, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında tikinti şirkəti hasara aldığı ərazidəki ağacları kəsib. "Yaşam Residence" şirkəti bir neçə şam ağacını məhv edib.
Bu gün isə məlum olub ki, artıq həmin ağaclar məhv edilib. Aşağıda təqdim etdiyimiz fotolardan da "ağac qətliamı"nın bir neçə gün ərzində necə həyata keçirildiyini müşahidə etmək mümkündür.



