Bakıda gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan vurub.
Hazırki vaxta kimi daha 13 ağacın sınması faktı qeydə alınıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən xəbərə görə, həmin ağaclar kəsilərək, ərazi təmizlənib.
Küləkli hava şəraiti ilə əlaqədar birlikdə operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadisə yerinə gələrək fəsadları aradan qaldırırlar.
.
