Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
“İnşaatçılar” metrostansiyasının yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Güləliyeva Fəridə Azər qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

.