Xəzər rayonunda əlbəyaxa dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

"Report"un xəbərinə görə, hadisə Binə qəsəbəsində baş verib.

1996-cı il təvəllüdlü Zülfüqarov Səfər Yusif oğlu yaşadığı evin yaxınlığında tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o, kürəyindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib
.