Bakı şəhər Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən futbol meydançasında yeniyetmələr arasında kütləvi dava-dalaş olub.
C.Hacıbəyli küçəsi 28 ünvanında baş verən davada 2010-cu il təvəllüdlü R.M. və 2011-ci ildə anadan olmuş Ü.Z. döyülüblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisə vaxtı hər iki yeniyetmənin tanımadıqları 3-4 nəfərin hücumuna məruz qaldıqları və dava-dalaş zamanı xəsarət aldıqları bildirilib.
Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırma aparılır.
***
DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yeniyetmələr arasında futbol meydançasının ətrafında baş verən dava ilə bağlı polis orqanında araşdırma aparılır: “Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub. Hadisənin digər iştirakçılarının da müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.