Bakının Qaradağ rayonunda "Ford” və "Kamaz” markalı iki yük avtomobili toqquşub.

Yenizaman.az FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

FHN-in hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
.