Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib.

Yüksək sürətlə hərəkət edən taksi xidmətində istifadə olunan avtomobil film səhnələrindəki kimi bir yoldan digər yola "uçaraq" keçib.

Qəzadan sonra avtomobil yolunda sıxlıq yaranıb. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarının gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.

.