Bakıda dönərdən zəhərlənən şəxslərin sayı açıqlanıb.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun APA-ya verdiyi xəbərə görə, zəhərlənənlərin sayı 8 nəfərdir, onlardan 1-i 16 yaşlı yeniyetmədir.

“Onlar müxtəlif saatlarda zəhərləniblər. “28 Mall”ın yaxınlığında yerləşən dönərxanadan dönər alıb yeyiblər. Bir qədər sonra həmin şəxslərin hamısında zəhərlənmə əlamətləri yaranıb”, - o vurğulayıb.

E. Hidayətoğlu qeyd edib ki, zəhərlənən şəxslərin bəzilərinin vəziyyəti orta-ağırdır, 1 nəfər isə evə buraxılıb.

.