"Bakı şəhəri üzrə şagird sayı 500-dən yuxarı olan 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi var".

Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, həmin yerlər vakansiyaya çıxarılıb. Şöbə müdiri bildirib ki, bu sayın artacağı istisna edilmir.

“Yay aylarında çalışmanın yaş həddinə çatacaq direktorların sayı da az deyil. Onlarla əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması tənzimlənən zaman müəyyən meyarlar nəzərə alınacaq. Bununla yanaşı əlavə vakant yerlərin də elana çıxarılması planlaşdırılır”, - E.Bağırov əlavə edib.

.