Aprelin 15-dən 23-nə qədər Bakının Niyazi küçəsinin bir hissəsi asfalt örtüyünün çəkilməsi məqsədilə bağlı olacaq.
Respublika Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Niyazi küçənin Azneft dairəsindən İstiqlaliyyət küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
