Bakıda bir sıra yollarda endirilən sürət həddi bərpa edilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Qarlı və küləkli hava şəraiti səbəbindən Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb", - qurumdan bildirilib.

.