Bakıda bir gündə iki mənzildən 30000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb. Saxlanılan şəxslər gördükləri əməlləri etiraf ediblər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, əməliyyat Səbail Rayon Polis İdarəsi və 39-cu Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib.
Belə ki, Fevralın 3-də Səbail rayonu Z.Əliyeva küçəsi 29 ünvanında yerləşən iki mənzildən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər mənzillərə daxil olaraq ümumi dəyəri 30000 manat olan qızıl-zinət əşyaları, 2 ədəd televizor və noutbuk oğurlayıblar.
Zərərçəkən ev sahiblərinin şikayəti əsasında Səbail Rayon Polis İdarəsi və 39-cu Polis Bölməsi əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov qısa zamanda saxlanılıblar.
