Bakıda baş verən yol qəzasında 3 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 20-də saat 9 radələrində Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi "VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.
Nəticədə onun sərnişinlərindən - qızı Rəna və qardaşının arvadı Sona Əliyeva hadisə yerində ölüb, özü və digər sərnişini - arvadı Narıngül xəstəxanaya yerləşdirilib, İ.Əliyev orada ölüb.
.
