
Bakıda baş verən yol qəzası tıxaca səbəb olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti - Sabunçu dairəsi istiqamətində qeydə alınıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.
Sürücülərə alternativ olaraq Babək və Nobel prospektlərindən istifadə etmələri tövsiyə olunur.