Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərəa görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən "Alov” parkındakı "Alov” restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.
.
