Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüşdə tərəflər Azərbaycan ilə ABŞ arasındakı əməkdaşlığın inkişafını, həmçinin regional məsələləri müzakirə edirlər.
Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşü başladı pic.twitter.com/UgKOWTnWzS
— MFA Azerbaijan.
