Özbəkistanın Bakıdakı səfirliyində "Özbəkistan - Azərbaycan: müttəfiqlik qarşılıqlı fəaliyyətinin arxitekturası" mövzusunda dəyirmi masa keçirilib.

Özbəkistan və Azərbaycandan olan ekspertlər iqtisadiyyatda və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, təhsil və mədəni-humanitar əlaqələrin inkişafı, müttəfiqlik qarşılıqlı fəaliyyətinin daha da artırılması məsələlərini nəzərdən keçiriblər.

Özbəkistanın Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktorunun müavini Akramjon Nematov qeyd edib ki, tərəflər bir sıra birgə təşəbbüslərin həyata keçirilməsini planlaşdırırlar.

.