Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsində 1972-ci il təvəllüdlü Ağamaliyeva Xatirə Bulud qızı, 1960-cı il təvəllüdlü Rzayeva Məhəbbət Salman qızı və 1968-ci il təvəllüdlü Şahverdiyeva Məlahət Mətləb qızını avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

X.Ağamaliyevaya çanağın əziyi, M.Rzayevaya döş qəfəsinin əziyi və M.Şahverdiyevaya isə başın təpə nahiyyəsinin əziyi diaqnozları qoyulub.

.