Hazırda paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var. Həmin küçə və prospektlər aşağıdakılardır:

- Rəşid Behbudov küçəsi;

- Heydər Əliyev prospekti kənar yollar hər iki istiqamət;

- Qara Qarayev prospekti, Dakar dairəsi;

- Tbilisi prospekti hər iki istiqamət;

- Abbasqulu ağa Bakıxanov küçəsi;

- Üzeyir Hacıbəyov küçəsi;

- Ziya Bünyadov prospekti hər iki istiqamət;

- Moskva prospekti.

"Yağışlı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçılarından ehtiyyatlı olmağı xahiş edirik. Mümkün qədər yollarda avtobusların hərəkətinə şərait yaradılmasını xahiş edirik", - deyə qurum bəyan edib.

.