Bakının Sabunçu rayonunda qəza baş verib.

Rayonun R.Rüstəmov küçəsində 86 ünvanında avtobusla minik maşını toqquşub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.

Yaralılar 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri orta-ağırdır.
.