Oğlunu öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb.
Bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb.
Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
***
Saat 06:55
Aprelin 8-də saat 04 radələrində Yasamal rayonunda evlərin birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlinini törətməkdə şübhəli bilinən, K.İsarfilovun atası 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.
Araşdırmalar davam etdirilir.