Bakıda aptekdə əczaçıya qarşı soyğunçuluq törədilib.
Hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən aptekdə qeydə alınıb.
Naməlum şəxs aptekə daxil olaraq əczaçını hədələyərək aptekdə olan 106 manat dəyərində məhsulu götürüb.
Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E. Nurməhəmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
.
