Bakıda anbarda baş verən yanğınla bağlı qərargah yaradılıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir. 

11.43

Bakıda anbarda baş verən yanğın şiddətlənib.

Əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.

İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.

Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir. 

11.28

Bakının Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

.