Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə Heydər Əliyev Prospektində, Şəfa stadionun yaxınlığında qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub:

"İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, "Koroğlu" metrosu istiqamətində "Mercedes" markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn "Toyota Prius" avtomobili "Mercedes"ə çırpılıb. 3 nəfər hadisə yerində ölüb. "Toyota Prius"un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.

Bakıda baş verən yol qəzasında xəsarət alanlardan biri də ölüb.

Həkimlərin səyinə baxmayaraq xəstəxanaya yerləşdirilən "Toyata Prius"un sərnişi olan qadın ölüb.

Bununla da yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

.