Bakıda ağır yol qəzası baş verib.
Bugün günorta saatlarında Bakıda, Zığ şossesində hərəkət edən avtobus idarə etməni itirərək dərəyə aşıb. Hadisə yerinə təcili tibbi yardım
briqası gəlib.
Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.
Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 9 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 16 nəfər3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

.jpg)
