Bakıda ABŞ səfirliyi qarşısında insident olub.

APA-nın məlumatına görə, naməlum şəxs səfirliyin qarşısında "Allahu Əkbər” deyərək qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.
Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.
Bildirilib ki, araşdırmalar zamanı onun Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olması müəyyən edilib.
Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.
.