
Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Fərid Dövlətovdan 345 qram marixuana aşkar edilərək götürülüb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun “Mercedes” markalı bir yük avtomobilindən akkumulyator, Kürdəxanı qəsəbəsindəki bir yarımtikilidən 5000 manat dəyərində elektrik naqili, bir mağazadan 720 manat pul, 530 manat dəyərində tütün məmulatı və mobil telefon aksesuarları, 15 evdən və 7 həyətyanı sahədən isə ümumilikdə 9100 manat pul, geyim, məişət əşyaları və təmir-tikinti alətləri, inşaat materialları və su sayğacı oğurlaması da müəyyən olunub.
.