Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq ölüb.

Paytaxt sakini, 1938-ci il təvəllüdlü Kamil Cəbiyev ötən gün yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzilinin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb.

Nəticədə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

.