Bakıda İran vətəndaşı olan 8 yaşlı uşaq intihar edib.

Hadisə ötən gün Nəsimi rayonu N.Şahbazov küçəsində yerləşən evdə qeydə alınıb.

İran vətəndaşı olan 2014-cü il təvəllüdlü uşağın yaşadığı mənzildə özünü asdığı bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

.