Bakıda ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.

2 məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Bununla yanaşı, 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

.