Bakıda dəmiryolundan relslər oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 8-də saat 16 radələrində Qaradağ rayonu Qobustan dəmir yolu stansiyası ərazisindən 500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfər Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onların Kəlbəcər rayon sakini İ.Əliyev, İsmayıllı rayon sakini R.Kərimov, Ağstafa rayon sakinləri N.Hüseynov və A.Məmmədov olmaları müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
.