Bakıda intihar hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Sübhi Adil oğlu Ağayev yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
.
