İyulun 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.

.