Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında başlayan yanğının söndürülməsi istiqamətində işlər davam edir.
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi "X-Lady" mağazasında yanğınla bağlı operativ qərargah yaradıb.
***
saat 10.47
Fövqəladə Hallar Nazirliyi "X-Lady" mağazasında yanğının başlaması barədə məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
saat 10.35
Bakıda məşhur mağaza yanır.
APA-nın məlumatına görə, Nizami rayonunda Neftçilər metrosu yaxınlığındakı "X Lady" mağazası yanır.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və canlı qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
9 / 9
