Bakıda 27 yaşlı oğlan bıçaqlanıb.

Hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdü Ə. Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Fərid Fətəliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

.