Suraxanı rayonunun Hövsan qəsəbə sakini intihar edib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məlum olub ki, 1997-ci il təvəllüdlü Fatimə Cəfərli tək yaşadığı mənzildə qaz borusundan özünü asıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları intiharın səbəbini qızın psixoloji vəziyyəti ilə əlaqələndirirlər. Onun uzun müddət psixi-nevroloji xəstəxanada qeydiyyatda olduğu müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır.

.