Bakıda gənc oğlan özünü bıçaqlayıb.
"Report"un xəbərinə görə, intihara cəhd hadisəsi Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Həsən Əliyev küçəsindəki evlərdən birində yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Murad Firuddin oğlu özünə bıçaqla xəsarət yetirərək intihara cəhd göstərib. Yaxınları onu xəstəxanaya yerləşdirib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
.
