Bakıda azyaşlı uşaq qətl törədib.

Hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, N. Abdullayev küçəsi 4/43 ünvanında baş verib.

Həmin ünvanda yaşayan Bərdə rayon sakini, 1974-cü il rəvəllüdlü Əhmədov Əhəd Əhməd oğluna şəxsi münasibətlər zəminində qonşusu, 2003-cü il təvəllüdlü Bayramov Elvin Nurəddin oğlu kəsici-deşici alətlərlə çoxsaylı xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ə.Əhmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
.