Bakıda istilik sistemi problemi olan məktəblərin sayı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb.
O bildirib ki, hazırda 15-ə yaxın məktəbdə istilik yoxdur:
“Məktəblərdə istilik problemlərinin həlli istiqamətində mütəmadi tədbirlər görülür. Bir müddət əvvəl istiliklə bağlı çox şikayət olurdusa, artıq onlar yavaş-yavaş azalıb”.
M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərlə bağlı məsələyə də aydınlıq gətirib:
“Problemlər müəyyən səbəblərdən yaranır, lakin onların həlli istiqamətində də mütəmadi addımlar atılır”.

.