Bakıda 13 yaşlı qız ana olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib:

"Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır,13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir".

Mərkəz rəhbəri onu da qeyd edib ki, qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.

.