Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 12 185 sorğu şagirdlərin yerdəyişməsi elektron xidməti (sy.edu.az) vasitəsilə tamamlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, proses sy.edu.az sistemi üzərindən həyata keçirilir. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə 2-9 və 11-ci siniflər üçün şagird yerdəyişməsinə avqustun 8-dən start verilib. 10-cu siniflər üçün isə şagird yerdəyişməsi isə 15 avqust saat 15:00-dan aktivləşdirilib.
.