Gəlin paltarlarının 300 manatdan 10 min manatadək qiyməti var. 1 günlük kirayə qiymətləri də aşağı deyil.

Axşam.az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, qiymətlərə təsir edən əsas amil gəlinliyin materialı və üstündəki aksesuarlardır.

Hazırda dəbdə olan gəlinlik modellərinə gəldikdə daha çox arxası uzun, eyni zamanda çıxarıla bilən şlefli modellərə üstünlük verilir. Bu modellər həm görünüşü, həm rahatlığı ilə diqqət çəkir.

Gəlinliyin hansı ölkədən gətirilməsi də qiymətə təsir edir. Maraqlıdır, satış yerlərində yerli dizaynlar görmək demək olar ki, mümkün deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

.