Siyəzəndə mikroavtobus qəzaya uğrayıb

Bakı-Xudat marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri tibbi yardımdan imtina etsə də, sərnişinlərdən 1970-ci il təvəllüdlü İlqar Axundov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.
.