Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə Bəyanat yayıb.
Yenizaman xəbər verir ki, Bəyanatda Fransa hökumətinin Kanaki-Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsi lehinə qanunsuz dəyişikliyin zorla tətbiq edilməsi pislənilib, müstəqillik uğrunda ədalətli mübarizəsində Kanak xalqına tam dəstək ifadə olunub.
Sənəddə Kanakinin bu gün alov içində olması, o cümlədən son günlər ərzində 150-yə yaxın insanın həbs edilməsi və 3 nəfərin qətlə yetirilməsinin məsuliyyətinin Fransa hökumətində olduğu qeyd olunur: “Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan "insan hüquqları ölkəsi" adlanan Fransa dövlətinin Kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli istəyi mövcud vəziyyətin pisləşməsinə səbəb olur”.
Bəyanatda Fransaya müstəmləkə siyasətini dayandırmağa və Kanak xalqına öz taleyini sərbəst həll etməyə, beynəlxalq ictimaiyyətə isə Kanak xalqının azlığa çevrilməsinə aparan bu iyrənc müstəmləkəçilik təcrübəsinə göz yummamağa çağırış edilir.
Bəyanata qoşulanlar həyəcan təbili çalaraq, BMT Təhlükəsizlik Şurasını toplaşaraq Fransa tərəfindən beynəlxalq hüququn pozulmasının pislənilməsini tələb ediblər.
Bəyanatın tam mətnini təqdim edirik:
“Biz, Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı təşkilatlarının nümayəndələri, senatorların və millət vəkillərinin qatıldığı Fransa hökumətinin Kanaki - Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsi lehinə dəyişikliyin zorla tətbiq edilməsini pisləyirik.
Administrativ gücünə, himayəsində olan xalqların öz müqəddəratını təyinetmə hüququnu inkar edən Fransa müstəmləkəçi doktrinasına uyğun olaraq, amansızlığın nəticəsi Kanakilərin bu gün alov içində olmasıdır. Son günlər ərzində 150-yə yaxın insanın həbs edildiyi və 3 nəfərin qətlə yetirildiyi Kanakidə vətəndaş müharibəsi yenidən başlayıb. Bir çox mağaza yandırılıb, küçələr boşdur və bəzi yollar yandırılmış avtomobillərlə doludur.
Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan "insan hüquqları ölkəsi" adlanan Fransa dövlətinin Kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli istəyi mövcud vəziyyətin pisləşməsinə səbəb olur.
Kanak xalqı ilə tam həmrəyliyimizi ifadə edirik və seçki korpusunun genişlənməsinə qarşı və hökumətin təqdim etdiyi qanun layihəsinin geri götürülməsi üçün kanakların hazırkı mübarizəsini dəstəkləyirik.
Kanaki - Yeni Kaledoniyanın müstəqilliyə qovuşması beynəlxalq sənədlərə, xüsusən BMT-nin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı 1514 saylı qətnaməsinə uyğun bir öhdəlikdir. Buna görə Kanak xalqının və onun tərəfdarlarının bütün mövcud etirazları legitimdir.
Fransanı müstəmləkə siyasətini dayandırmağa və Kanak xalqına öz taleyini sərbəst həll etmək hüququ verməyə çağırırıq!
Biz həmçinin beynəlxalq ictimaiyyəti Kanak xalqının azlığa çevrilməsinə aparan bu iyrənc müstəmləkəçilik təcrübəsinə göz yummamağa çağırırıq!
Biz BMT üzv dövlətlərini BMT Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, habelə bu ali qurumun toplaşaraq Fransa tərəfindən beynəlxalq hüququn pozulmasını pisləməsinə çağırış edirik!”
Bəyanat müəllifləri:
Groupe d’Initiative de Bakou
Kanaky-Nouvelle Caledonie
FLNKS : Front de Libération Nationale Kanak et Socialiste
MJKF : Mouvement Des Jeunes Kanak en France
Maohi Nui-Polynésie Française
Tāvini Huiraʻatira
Guyane
MDES : Mouvement de Décolonisation et d'Emancipation Sociale
Martinique
PALIMA : Parti pour la Libération de la Martinique
Guadeloupe
ANG : Alyans Nasyonal Gwadloup
CIPPA : Comité d'initiative pour un projet alternatif
FKNG : Fòs pou konstwi nasyon Gwadloup
KSG : Kolèktif pou sové Gwadloup
MIR : Mouvement International pour les Réparations
UPLG : Union Populaire pour la Libération de la Guadeloupe
CIPN : Comité International des Peuples Noirs
Corse
Nazione
.