Bakının Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

Hadisə Bakı-Sumqayıt şosesinin Biləcəri qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirib.

Nəticədə avtomobil aşaraq yolayrıcı betona çırpılıb.

Qəza zamanı avtomobildə olan iki sərnişin xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıblar. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

.