2024-cü ilin yanvar-avqust aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1258,9 manat təşkil edib.
Bu barədə Yenizaman Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda isə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8% artaraq 997,1 manat olub.
.