Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəb arasında əməkdaşlıq barədə memarandium imzalanıb. 5 mart 2024-ci il tarixində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbində baş tutan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müavini Xəyalə Əhmədzadə, BŞTİ inkisaf layiheleri sektor mudiri Gunay Qurbanova, Xəzər rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Elşən Qurbanov , müavin Lalə Əhmədova , BŞTİ-nin və Xəzər rayinu İH-nin əməkdaşları , Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbinin və Bakı şəhəri 193 nömrəli məktəbin kollektivi iştirak edib.
Memarandimumun imzalannma mərəasimindən sonra iştirakçılar “Həyat sizinlə gözəldir” adlı tədbirə qatılıblar. Tədbirdə hər iki məktəbin şagirlərinin ifasında müxtəlif şer və mahnı kompazisiyaları ifa edilib və 193 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə “Tıq-Tıq xanım” tamaşası nümayiş etdirilib.
Xəzər rayonu İcra Hakimiyyətinin müavini Elşən Qurbanov , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müavini Xəyalə Əhmədzadə və digər qonaqlar çıxış edərək sağlamlıq imkanları məhdud olan uşaqlara qayğı və diqqətdən, onların təlib-tərbiyəsinin dövlət orqanlarının daima himayəsi ilə əhatə iolunduğundan danışıblar.
Tədbirin sonunda çıxış edən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbin direktoru Elnarə Qasımova və 193 nömrəli məktəbin direktoru Nihal Hacıyeva qonaqlara və iştirakçılara təşəkkür edərək , iki məktəb arasında qurulan əməkdaşlıqla bağlı ilboyu görüləcək fəaliyyət planından, görüləcək tədbirlərlə bağlı məlumat veriblər.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
.