Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 4-cü kilometrliyində, Hökməli qəsəbəsi ərazisində qeydə alınıb. Balahacı Nağıyev idarə etdiyi "VAZ-21074” markalı avtomobili yol ayrıcına çırpıb. Nəticədə sürücü və maşında olan sərnişin – 36 yaşlı Elman Mikayılov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
